Türk Dövlətləri Təşkilatı (TDT) Ramazan bayramı münasibətilə Türk dünyasını təbrik edib.
NUHÇIXAN xəbər verir ki, təbrik təşkilatın “X” hesabındakı paylaşımda yer alıb.
"Bütün Türk dünyasını və İslam dünyasını bu müqəddəs bayram münasibəti ilə ən səmimi hisslərimizlə təbrik edirik. Ümid edirik ki, Ramazan bayramı xalqımıza sülh, firavanlıq və rifah gətirsin!", - paylaşımda deyilir.