ATƏT-in Minsk qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində Ermənistan tərəfi növbəti təxribat törədib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, fevralın 21-də günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Düşmən PUA-sı Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkarlanaraq zərərsizləşdirilib.