Azərbaycan dayanıqlı sülhün qurulması üçün Ermənistanın ərazi iddialarına son qoyulması tələbində dönməzdir - BƏYANAT
Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 31 mart- Azərbaycanlıların soyqırımı günü ilə bağlı yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanlar mövcuddur:
“Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir”.