Erməni mətbuatı Əlahiddə Ümumqoşun Ordunun təlimlərini qorxu ilə izləyir

A- A A+

NUHÇIXAN bu günlərdə Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilməsi ilə bağlı xəbər yaymışdı. Naxçıvan Dövlət Televiziyası isə bu möhtəşəm təlimlərin video görüntüsünü təqdim etmişdi.

Yerli izləyicilərlə bərabər düşmən ölkənin mətbuatı da bu məqamlara maraq göstərərək öz səhifələrində yer verib.

Ermənistanın rəsmi razminfo.am saytı “Naxçıvanda ilk dəfə “Qasırğa” raket qurğularının hərbi təlimi keçirilib” başlığı ilə xəbər yayıb. Xəbərdə  qeyd edilir  ki, “Mayın 9 da Azərbaycanda raket qurğularının  da iştirak etdiyi təlim yekunlaşıb.  Naxçıvanda keçirilən irimiqyaslı təlimdə digər raket qurğuları ilə birlikdə 302 mm-lik  “Qasırğalar” da yer alıb. Naxçıvan televiziyası bununla bağlı məlumat yayıb. Təlim “Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası” mövzusunda keçirilib. Naxçıvan televizyasının yayımladığı materialdan da göründüyü kimi, təlimlərdə T-300 (video materialda 3 stansiyanın atəşi göstərilib) raket sistemləri də iştirak edib.  Bu Türkiyə istehsalı olan   sistemlər ilk dəfə 2016-cı ildə Azərbaycana təklif  edilib və 2017-ci ildə də birbaşa Naxçıvana   gətirilib”.

Təbii ki, ermənilərin narahatlığı başadüşləndir. Küçələrdən idarə olunan qüvvələrin dəstəyi ilə  hakimiyyətə gətirilən baş nazirin Azərbaycana qarşı aqressiv, cəfəng  bəyanatları erməni xalqının özü  üçün təhlükədir. Son illər güclənməkdə olan Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvandakı  Əlahiddə Ümumqoşun Ordunun müasir silahlarla təchizatı işğalçı Ermənistan tərəfi  məhz bu baxımdan narahat etməyə bilməz.

Ölkə başçımızın Naxçıvana səfəri zamanı söylədiyi kimi,:“ -...Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

                                                                     Səməd Canbaxşiyev

Anar Tağıyev

                                                                      NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: