Azərbaycanın BMT-dəki daimi nümayəndəsi QH-nin nazirlər görüşünü uqandalı həmkarı ilə müzakirə edib

A- A A+

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev Uqandadan olan həmkarı Adonia Ayebare ilə Qoşulmama Hərəkatının (QH) qarşıdan gələn nazirlər görüşünü müzakirə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə uqandalı diplomat öz sosial şəbəkədə yazıb.

Məlumata əsasən, tərəflər həmçinin Uqandanın Hərəkata sədrliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

“Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayevlə görüşmək xoş oldu, biz <...> həmçinin dost ölkələrimiz arasında ikitərəfli məsələləri müzakirə etdik”, –Ayebare vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: