Aİ Ukraynaya daha 1 milyard avro ayırıb

A- A A+

Avropa İttifaqı ERA təşəbbüsü çərçivəsində Ukraynaya daha 1 milyard avro köçürüb.

NUHÇIXAN xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

“Bu, G7 təşəbbüsü çərçivəsində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilən üçüncü tranşdır. Biz vəsaiti dövlət büdcəsinin prioritet xərclərinə yönəldəcəyik”, - deyə Baş nazir əlavə edib.

Baş nazirin sözlərinə görə, ümumilikdə avropalı müttəfiqlər ERA proqramı çərçivəsində Ukraynaya 5 milyard avro yardım edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: