Britaniya səfiri Fuad Nəcəfli ilə Naxçıvanın enerji potensialını müzakirə edib

A- A A+

Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli regionun enerji potensialını müzakirə ediblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Naxçıvana ilk işgüzar səfərim zamanı Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək xoş oldu. Regionun sosial-iqtisadi inkişafı və enerji potensialı ətrafında mövzulara toxunduq. Münasibətlərimiz insan kapitalının inkişafına dəstək vasitəsilə də böyüməyə davam edir”, - paylaşımda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: