Şimali Kipr Prezidenti sentyabrda Azərbaycana səfər edəcək

A- A A+

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu il sentyabrın ilk həftəsində Azərbaycana səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. 

E.Tatar Prezident İlham Əliyevin aprelin 11-də Antalyada keçirdikləri ikitərəfli görüş zamanı onu Azərbaycana səfərə dəvət etdiyini bildirib. 

“Azərbaycanla milli dəyərlərimizi, könül bağlarımızı, hər cür mədəni zənginliyimizi bölüşmək istəyirik. Şimali Kipr hökuməti olaraq “Bir millət, üç dövlət” anlayışına sahibik. Bu anlayış çərçivəsində aramızdakı iqtisadi, ticari, turizm sahələrində güclü əlaqələr var. Azərbaycanlı deputatların Şimali Kiprə gəlməsi, bizim məclis üzvlərimizin Azərbaycana səfəri çox önəmlidir”,- o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: