Xəbər verildiyi kimi, aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir.
NUHÇIXAN xəbər verir ki, konfrans zamanı Baş prokuror Kamran Əliyev çıxış edib.
Çıxışında ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə geniş yer ayıran Baş prokuror Kamran Əliyev vurğulayıb ki, müasir Azərbaycanın hüquqi-siyasi dayaqları məhz onun müəyyənləşdirdiyi strateji xəttin nəticəsidir. O qeyd edib ki, 1995-ci il Konstitusiyası və prokurorluq orqanlarının yenidən qurulması bu siyasətin mühüm elementlərindəndir.
Kamran Əliyev tədbirin məhz bu şəhərdə keçirilməsinin xüsusi önəm daşıdığını bildirib.
O qeyd edib ki, bu konfrans suverenliyin tam bərpasının, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin təcəssümüdür.