Xankəndidə işğaldan azad edilən rayonların mülki və hərbi prokurorların iştirakı ilə əməliyyat müşavirəsi keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Xankəndi Şəhər Prokurorluğunun inzibati binasında Baş prokuror Kamran Əliyevin iştirakı ilə keçiriləcək toplantıda azad olunan rayonlardan 11 mülki və 5 hərbi prokuror iştirak edəcək.
Əməliyyat müşavirəsində işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili müzakirə ediləcək.