NUHÇIXAN xəbər verir ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
Komitə sədri Əjdər Əliyev gündəlikdə duran məsələlərin - “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirə olunacağını diqqətə çatdırıb.
Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihələri haqqında məlumat verib.
Sonda Hüquq siyasəti komitəsinin rəyi oxunub, qanun layihələri Ali Məclisin müzakirəsinə təqdim edilib.