Türkiyənin “Haber Global” agentliyi tərəfindən “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı bədii film çəkilib. Xocalı qətliamını özündə əks etdirən ekran əsəri o dəhşətli gecənin şahidləri ilə müsahibələr əsasında hazırlanıb.
NUHÇIXAN xəbər verir ki, filmdə XX əsrin ən dəhşətli faciələrindən biri olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalıda baş vermiş soyqırımı aktına aid faktlar yer alır.
Bədii filmin fevralın 26-da saat 12.30 və 20.30-da agentliyin səhifəsində nümayiş etdirilməsi planlaşdırılır.