Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Tanya Fayon geniş tərkibdə danışıqlar aparıblar.
Xarici İşlər Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, tərəflər energetika, rəqəmsal innovasiyalar, ekoloji dayanıqlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər, həmçinin regional təhlükəsizlik, qarşılıqlı əlaqə və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.