Rusiya Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun buraxılmasının zəruri olduğunu bəyan edib

A- A A+

ATƏT-in Minsk qrupu aktuallığını itirib və buraxılmalıdır.

NUHÇIXAN xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın tələblərinə uyğun olaraq ATƏT-in Minsk qrupunu buraxmağa çağıran Ermənistanın baş nazirinin bəyanatına Moskvanın necə münasibət bəsləməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, ATƏT-in Minsk konfransının Dağlıq Qarabağın nizamlanması üzrə həmsədrinin ATƏT tərəfindən təsdiq edilmiş mandatı aktuallığını itirib.

“Müvafiq olaraq, nəticədə Minsk konfransının bütün strukturları – Minsk qrupu, Yüksəksəviyyəli planlaşdırma qrupu və ATƏT-in indiki sədrinin Dağlıq Qarabağ nizamlanması üzrə şəxsi nümayəndəsi vəzifəsi – bütün bunlar buraxılmalıdır”, - deyə o qeyd edib.

“Biz öz tərəfimizdən bundan sonra da sülh müqaviləsinin imzalanması yolunda qalan maneələrin aradan qaldırılmasında, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və humanitar məsələlərin həllində tərəfdaşlarımıza köməyi davam etdirmək niyyətindəyik”, - deyə M.Zaxarova vurğulayıb.

O əlavə edib ki, Moskva üçtərəfli məsələlərin bütün spektri, o cümlədən sülh müqaviləsinin bağlanması üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar üçün Rusiya platforması təqdim etməyə hazır olduğunu təsdiqləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: