Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə ortamüddətli büdcə çərçivəsi, büdcə siyasətinin əsas istiqamət və məqsədləri, habelə ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, 2026-cı il və sonrakı üç il üçün muxtar respublika büdcəsinin proqnoz göstəriciləri, büdcənin gəlir və xərcləri, büdcə dayanıqlığı ilə bağlı müşavirə keçirilib.

Müşavirə gündəliyinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə üzrə müəyyən edilən prioritet xərc istiqamətləri çərçivəsində müvafiq hədəf göstəricilərinə dair Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri  Hüseyn Bağırovun çıxışı dinlənilmiş, göstəricilərin təhlili və müzakirəsi aparılmışdır. 

Müşavirənin yekununda Baş nazir Ceyhun Cəlilov ötən 2 il ərzində fiskal tənzimləmə çərçivəsində muxtar respublikada aparılan islahatlar barədə ümumi fikirlərini bildirmiş, muxtar respublikada 2022-ci ildə yığılmış 133 milyon manat vergi məbləğinin 2024-cü ildə 227 milyon manata çatdırılmasını, dövlət əmlakının idarəolunmasından büdcəyə daxilolmaların dinamik artımını, habelə cari nəzarət alətlərinin tətbiqi ilə maliyyə intizamının gücləndirilməsini aidiyyəti qurumların uğurlu işinin nəticəsi olduğunu bildirib.

Müşavirə iştirakçılarının rəyləri nəzərə alınmaqla aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin hazırlığı ilə bağlı müvafiq təlimatlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: