Azad edilmiş ərazilərdə daha 69 mina, 1072 PHS aşkarlanıb

A- A A+

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.04.2025 - 20.04.2025) açıqlanıb.

ANAMA-dan NUHÇIXAN-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 60 piyada əleyhinə mina, 9 tank əleyhinə mina, 1072 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 893.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: