Ermənistan parlamentinin sədri: Azərbaycanla danışıqlar davam edir

A- A A+

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla danışıqların davam etdiyini bildirib.

NUHÇIXAN xəbər verir ki, o bu barədə aprelin 22-də keçirilən brifinqdə bildirib.

Spiker həmçinin azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü barədə danışıb.

A.Simonyanın sözlərinə görə, o, Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası zamanı azərbaycanlı həmkarı Sahibə Qafarova ilə qısa söhbət edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan parlamentlərinin spikerləri iclasda bir neçə saat yanaşı oturublar və söhbətin məzmunu barədə ictimaiyyətə açıqlama verməməklə bağlı razılığa gəliblər.

A.Simonyan və S.Qafarova sonuncu dəfə 2024-cü ilin may ayında Cenevrədə Parlamentlərarası İttifaqın Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komissiyasının birinci iclası çərçivəsində görüşüblər.

A.Simonyan həmçinin bildirib ki, Ermənistan kimi, Azərbaycanın da ikitərəfli münasibətlərin tez bir zamanda normallaşmasında maraqlı olduğunu hesab edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: