Birinci rübdə Qarabağ, Şərqi Zəngəzur və Qazaxın dörd kəndində 11 min hektar ərazi minalardan təmizlənib

A- A A+

Bu ilin birinci rübündə respublika ərazisində ümumilikdə 11 min hektar ərazi minalardan təmizlənib.

Bu barədə NUHÇIXAN-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, ilin ilk üç ayında təmizlənən ərazilərdə ümumilikdə 13 min 956 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 1 141-i piyada əleyhinə mina, 485-i tank əleyhinə mina, 12 min 330-u isə partlamamış hərbi sursatlardır.

Xatırladaq ki, ANAMA tərəfindən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş bütün ərazilərdə - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, o cümlədən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: