Azərbaycan XİN Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyəni təbrik edib

A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Qardaş Türkiyənin Böyük Millət Məclisinin açılışının 105-ci ildönümündə qardaş ölkəmizi və xalqını 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu əlamətdar gün Türkiyə Respublikasının suverenlik prinsiplərinə, milli iradəyə və gələcəyimizin təminatçısı olan uşaqlara verilən dəyərin parlaq təzahürüdür.

23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyə Respublikasına davamlı inkişaf və rifah arzulayır, qardaş ölkəmizin banisi Mustafa Kamal Atatürkün əziz xatirəsini yad edirik", - məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: