Bakı Dəniz Limanının ötürücülüyünün 15 milyon tondan 25 milyon tona çatdırılması üzrə işlər gedir.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, ötən il Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürücülüyü 1 milyon tondan 5 milyona çatdırılıb.