İsveçrə mətbuatında Xocalı soyqırımı haqqında yazı dərc olunub

A- A A+

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İsveçrənin “www.zeitung.ch“ internet portalında “Müharibəsiz dünya” başlıqlı məqalə yerləşdirilib.

NUHÇIXAN xəbər verir ki, məqalənin girişində Beynəlxalq Strateji Araşdırmalar İnstitutuna istinadla hazırda dünyada 41 silahlı münaqişənin olduğu qeyd olunur.

Qafqaz regionunda baş vermiş münaqişələrə toxunan müəllif, Xocalı soyqırımının ən dəhşətli faciələrdən olduğunu, o hadisələri düşünərkən, ilk növbədə, insanlığa qarşı vəhşilik və amansızlığın xatırlandığını yazır. Məqalədə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibədə, xüsusən Xocalı faciəsi zamanı qətlə yetirilmiş, yaralanmış, girov götürülmüş və itkin düşmüş insanlardan bəhs olunur.

Bildirilir ki, “Soyuq müharibə“ başa çatdıqdan sonra siyasətçi, diplomat və konfliktoloqlar dinc yolla münaqişələrin həlli, sülh və əmin-amanlığın bərqərar olması, silahlardan imtina, savaş yerinə anlaşma kimi anlayışları tez-tez işlədirdilər: “Bəs indi? Əmin-amanlığın hökm sürdüyü dünya haqqında ümidlər qəti şəkildə puça çıxdı, yoxsa xülyayamı çevrildi?”

Məqalədə, həmçinin qeyd edilir: “Dağlıq Qarabağ münaqişəsi unudula bilməz. Münaqişənin sülh yolu ilə həlli bütün regionda müsbət iqtisadi və ictimai impulsların yaranmasına səbəb olar. Həm İsveçrə, həm də ümumilikdə Avropa Cənubi Qafqazda sabitliyin hakim olmasında maraqlıdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: