Xidmət rəisi: Əfqanıstanda vəziyyətin gərgin qalmasında pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısı alınmalıdır

A- A A+

Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır.

NUHÇIXAN xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Xidmət rəisi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd Əfqanıstanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır:

"Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələri və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: