İsrailin Baş naziri Benyamin Netanyahu mayın 7-də Azərbaycana gələcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti baş nazirin ofisinə istinadən xəbər verir.
Qəzet qeyd edib ki, B.Netanyahu Azərbaycanın rəsmi şəxsləri, həmçinin ölkənin yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcək.
Bildirilib ki, Baş nazir mayın 11-də İsrailə qayıdacaq.