Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, səfər çərçivəsində 30 aprel tarixində nazir Ceyhun Bayramovun Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.