Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Mətbuat Şurasının sədri Rəşad Məcidlə kommunikasiya sahəsində əməkdaşlığı müzakirə edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Bakıdakı diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfirimiz Birol Akgün Azərbaycan Mətbuat Şurasında olub, Mətbuat Şurasının sədri Rəşad Məcid və İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə səfirimiz media qurumlarımızın və kommunikasiya sahəsində əməkdaşlığımızın önəmini vurğulayıb, Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə təbriklərini çatdırıb”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.