“Azərbaycan Respublikasında miqrasiya siyasətinin nailiyyətləri və inkişafı”

A- A A+

Ölkədə davamlı inkişafın təmin olunması, bir sıra sahələrlə yanaşı, miqrasiya proseslərinə də öz təsirini göstərir. Dövlətin miqrasiya siyasəti sosial siyasətin mühüm tərkib hissəsidir. Miqrasiya ölkələrdə həyata keçirilən siyasətin, siyasi tənzimləmə proseslərinin əsas obyektlərindən birinə çevrilmişdir. Bu sahə hüquqi tənzimləmədən başlayaraq, iqtisadi, siyasi, mədəni və sosial aspektləri də əhatə edir. Hazırda miqrasiya prosesləri dövlət siyasətinin ayrıca sahəsini təşkil edir. Miqrasiya prosesləri universal tənzimləmə içərisində (məsələn, dövlətin ümumi daxili və xarici siyasəti) məxsusi tənzimləməni meydana gətirir.

Miqrasiya iqtisadi, sosial, mədəni və siyasi mənalar kəsb edən geniş spektrli və konseptual məzmunu və əhəmiyyəti özündə əks etdirən çoxşaxəli bir anlayışdır. Miqrasiya anlayışı həm onun tərkibindən, yəni miqrasiyanın özünü meydana gətirən komponentlərdən, həm də bölgüsündən, yəni miqrasiyanın tiplərindən: növləri və formalarından ibarətdir. Bu iki baza istiqamət birlikdə geniş miqrasiya proseslərini əhatə edən anlayışları və anlayışları formalaşdıran ünsürləri, komponetləri əhatə edir. Miqrasiyanın siyasətinin formalaşmasında, anlayış olaraq geniş anlam kəsb etməsində miqrantların (emiqrantların, immiqrantların) iqtisadiyyat və sosial sahələrin aparıcı qüvvəsi rolunu oynaması mühüm əhəmiyət kəsb edir.

Miqrasiya - dini, iqtisadi, siyasi, sosial və digər səbəblərə görə insan qruplarının daimi və ya müvəqqəti yaşamaq məqsədi ilə bir yaşayış məkanından, bir başqasına yerləşməsi ilə əlaqədar olan coğrafi yer dəyişdirmə hərəkətidir . Miqrasiya termini latın mənşəlidir, “Migratio” (migrāre) (https://www.oed.com/dictionary/migrate_v) sözündən olub – Köçmək deməkdir. İnsanların müxtəlif səbəblərə görə yaşayış yerlərini daimi və ya müvəqqəti olaraq dəyişməklə bağlı bir yerdən başqa yerə hərəkətini əks etdirir . Miqrasiya prosesi aşağıdakı mərhələlərdən ibarətdir: potensial miqrasiya, lazımi qaydada miqrasiya, yeni həyat şəraitinə uyğunlaşma, identifikasiya. Təbii ki, əhalinin yerdəyişməsinin baş verməsi üçün müəyyən təsiredici səbəblər olmalıdır. Bu səbəbləri iqtisadi – sosial və qeyri – iqtisadi sosial amillər olmaqla 2 qrupa bölmək olar. İqtisadi sosial amillərə yaşayış səviyyəsinin aşağı olması, işsizlik, əmək haqqının azlığı, yaşayış tərzləri arasındakı fərqlər və s. daxildir. Qeyri-iqtisadi amillər sırasına isə müharibələri, zəlzələləri, xəstəlikləri, dini və irqi ayrı seçkiliklər zəminində münaqişələri, siyasi baxışların müxtəlifliyi, aclığı, iqlim əlverişsizliyini, köçəri həyat tərzini və s. daxil etmək olar . Miqrasiya axınlarının iqtisadi konteksti nisbətən daha universal yanaşma hesab olunur. Təsadüfi deyil ki, miqrasiya uzun illər məhz iqtisadi-sosial mahiyyətli fenomen kimi təhlil edilmişdir. İqtisadi yöndən təhlil edilərkən miqrasiya dövlətin insan ehtiyatlarının, əmək bazarlarının, insan qüvvəsinin sağlam rəqabəti və təbii inkişaf qanunauyğunluqlarını təmin edən obyektiv nizamlayıcı amil hesab olunur.Odur ki, nəticədə miqrantların böyük əksəriyyəti inkişaf etmiş sənaye ölkələrinə getməyə üstünlük verirlər.

Azərbaycanın geosiyasi cəhətdən əlverişli məkanda yerləşməsi, ölkədəki siyasi sabitlik, dinamik inkişaf, demokratiya, yüksək tolerant cəmiyyət, geniş beynəlxalq əməkdaşlıq kursu, neft və qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü siyasət nəticəsində xarici və daxili investisiyalar üçün yaradılan əlverişli şərait sərmayələrin həcminin əhəmiyyətli dərəcədə artmasına imkan verib, respublikamızı xarici investorlar və miqrantlar üçün cəlbedici edib. Miqrasiya proseslərinin intensivləşməsi və qeyd olunanların məntiqi sonluğu kimi, ölkəmizin mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilməsi miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsini şərtləndirir.

Azərbaycanın miqrasiya siyasətinin əsas məqsədi milli təhlükəsizliyi və milli maraqları qorumaqla miqrasiya axınlarının tənzimlənməsi, nəzarətsiz miqrasiya pro-seslərinin neqativ nəticələrinin qarşısının alınması, miqrantlara öz hüquqlarını həyata keçirmək üçün şəraitin yaradılması, əsas vəzifələri isə miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması; miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin, cəmiyyətin və insanların mənafelərinə riayət edilməsi; qeyri-qanuni miqrasiyanın qarşısının alınması; miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması və miqrant-ların hüquqlarının müdafiəsidir.

Bu məqsədlə bir sıra qanunvericilik sənədləri (“Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”; “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)”; “Miqrasiya Məcəlləsi” və s. Qanunlar) qəbul edilmiş, respublika qanunvericiliyi Konstitusiyaya və insan hüquqları sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılmışdır.

“Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahə-sində Dövlət Proqramı”nda miqrasiya proseslərinin tənzimlənməsinə dair 10 tədbir nəzərdə tutulmuşdur. Buna uyğun olaraq, miqrasiya sahəsində dövlət siyasətinin hə-yata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliy-yətinin əlaqələndirilməsi məqsədilə 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılmışdır.

2004-2008-ci illəri əhatə edən “Regionların İqtisadi İnkişaf Proqramı” da ra-yonlarda miqrasiya prosesinin tənzimlənməsi üçün bir sıra imkanlar yaradır.

Yuxarıda göstərilənlər – beynəlxalq və milli qanunvericilik (o cümlədən, xaricdə yaşayan azərbaycanlıların vəziyyəti ilə əlaqədar qəbul edilən qanunvericilik sənədləri), həmçinin digər dövlətlərin təcrübəsi miqrasiya prosesinin tənzimlənməsi barədə tədqiqatlar aparılması üçün bazanın mövcud olduğunu göstərir. Bundan əlavə, miqrasiyanın əsas istiqamətləri, səbəbləri, tənzimlənməsi, miqrasiya proseslərinin, diasporanın demoqrafik göstəricilərinin öyrənilməsi və bu sahədə siyasətin təkmil-ləşdirilməsinə dair təkliflərin hazırlanması üçün tarixi, xüsusilə tarixi-demoqrafik və miqrasiya problemlərinə dair tədqiqatların aparılması zəruridir .

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən, miqrasiya siyasətinin prioritet istiqamətlərinə uyğun şəkildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, tənzimlənməyən miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə kimi qoyulmuşdu. Dövlət Miqrasiya Xidməti müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi bu vəzifələri müvəffəqiyyətlə icra etməkdə və Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xidmətindədir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.

Dövlət Miqrasiya Xidməti bu gün ölkə ərazisində müvəqqəti olan, müvəqqəti və daimi yaşayan, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan qanunvericiliyinin tələblərinə riayət etmələrinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər görür. Həmçinin ölkədəki tənzimlənməyən vəziyyətdə olan miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə ciddi nəzarət edir .

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra milli inkişafın strateji hədəfləri sırasında miqrasiyanın idarə edilməsi və milli təhlükəsizliyin təmin olunması xüsusi əhəmiyyətə malik omuşdur. Bu iki sahənin bir-biri ilə uzlaşması nəticəsində dövlətin mövcudluğunun vacib sahələrindən birinə çevrilməsinə həm ümumilikdə beynəlxalq münasibətlərdə baş verən siyasi-iqtisadi proseslər, həm də ölkə daxilində və regionda gedən proseslərlə bağlı olan bir sıra vacib şərtlər zərurət yaratmışdır.

Miqrasiya proseslərinin tənzimlənməsi, qabaqcıl dünya ölkələrinin miqrasiya təcrübəsinin Azərbaycanda tətbiq olunması və miqrasiyanın Azərbaycanda milli təhlükəsizliyin strateji hədəflərindən biri kimi aktu¬allaşması Prezident İlham Əliyev tərəfindən də vurğulanmışdır. Belə ki, 2008-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasında çı¬xışı zamanı ölkə başçısı miqrasiya məsələlərinin vacibliyini vurğulayaraq qeyd etmişdir: “Biz miqrasiya siyasətimizi gücləndirməliyik. Çox ciddi sis¬tem yaratmalıyıq. Hər gələn vətəndaş qeydiyyatdan keçməlidir. Qanun¬suz heç bir adam belə burada işləməməlidir. Biz istənilən anda bilməliyik: hansı xarici vətəndaş hansı gündə haradadır və nə işlə məşğuldur. Mən buna çox diqqət göstərirəm. Çünki gələcəkdə bu problem ciddiləşə bilər. Azərbaycanda hərtərəfli inkişafın təmin olunması üçün bu məsələ daim diqqət mərkəzində olmalıdır. Dövlət tərəfindən tənzimlənməlidir” .

Müasir dünyada təhlükəsizlik siyasətinin milli, regional və qlobal səviyyədə tənzimlənməsi, onun təşkili və həyata keçirilməsinə təsir edə biləcək problemlərin dairəsi və əhatəsi daha da böyümüşdür. Miqrasiya prosesləri və problemləri dünya dövlətlərinin həm beynəlxalq, həm də milli təhlükəsizliyinin təmin olunması istiqamətində əməkdaşlığın təşkili ba¬xımından öz spesifikliyi ilə fərqlənən taleyüklü problemdir. Miqrasiya axınla¬rının son dərəcə intensivləşməsi, onun strukturunun, funksiya və formasının dəyişilməsi, eləcə də tipologiyasında baş verən dəyişikliklər hər bir müstəqil dövlət üçün miqrasiya sahəsinin dinamik ola¬raq yeniləşməsinə səbəb olur. Nəticədə dəyişən və inkişaf edən miqrasiya sfera¬sına uyğun olaraq, hər bir dövlət üçün yeni milli təhlükəsizlik siyasətinin qurul¬ması zərurətini meydana çıxarır. Belə ki, miqrasiya poroseslərinin tənzimlənməsi istiqamətində ən böyük problemlər miq¬rasiyanın sürətli inkişafı əsasında dina¬mik dəyişkən olması ilə ona uyğun yeni məzmunlu və istiqamətli milli təhlükəsizlik siyasətinin uyğunlaşdırılması zamanı or-taya çıxır.

Azərbaycan dövləti əsas aktor kimi çıxış edərək, milli təhlükəsizlik, miq¬rasiya siyasəti və bunları özündə ehtiva edə bilən qanunvericilik bazasını əks etdirən dövlət siyasətinin həyata keçirilməsinə xüsusi diqqət ayırmışdır. Milli təhlükəsizlik siyasətinin həyata keçirilməsini və onun hüquqi baza¬sını təmin etmək məqsədilə 29 iyun 2004-cü il tarixdə “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu, 23 may 2007-ci il tarixdə “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və 8 iyun 2010-cu il tarixdə “Azərbaycan Respublikasının Hərbi doktrinası¬nın” təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul olunmuşdur. Hər üç hüquqi normativ sənəd Azərbaycan Res-publikasının milli təhlükəsizliyinin təmin edilməsi, milli təhlükəsizlik mü¬hiti, milli təhlükəsizliyə olan hədələr və təhdidlər, eləcə də müasir dövrdə milli təhlükəsizlik siyasətinin əsaslarının müəyyən edilməsi istiqamətlərini müəyyənləşdirən universal normativ hüquqi aktlar kimi çıxış edir. Məhz adıçəkilən bu normativ hüquqi aktlarda müasir dövrdə milli təhlükəsizliyə başlıca hədələrdən biri kimi miqrasiya prosesləri göstərilir və miqrasiya siyasətinin düzgün tənzimlənməsi və hayat keçirilməsi əsas bəndlərdən biri kimi vurğulanır. Belə ki, “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respub¬likası Qanununun 18-ci maddəsinin 18.2.7-ci yarımbəndində Azərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması zəruri hesab edilən sahələrdən biri kimi “miqrasiya və demoqrafik proseslərin tənzimlənməsi” göstərilmişdir . Miqrasiyanın milli təhülkəsizliklə birba¬şa bağlılığının sübutu kimi “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”na nəzər yetirmək kifayətdir. "Giriş" hissədə konsepsiyanın qəbul olunmasının əsasları belə göstərilmişdir: “Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçu¬luq, etnik separatizm və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və kütləvi miqrasiyası, ətraf mühitin çirklənməsi və sair təhlükələrlə üzləşir” . Konsepsiyada təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi kimi əsas istiqamətlərdən biri kimi miqrasiya siyasəti qeyd edilir. 4.3.7-ci maddədə miqrasiya siyasəti aşağıdakı kimi qiymətləndirilir: “Son illərin təhlili göstərir ki, Azərbaycanda müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. Bu da öz növbəsində ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi məsələlərinin təkmilləşdirilməsini şərtləndirir.

Miqrasiyanı milli təhlükəsizliklə əlaqələndirən ən əsas istiqamətlərdən biri də dünyanın siyasi xəritəsində baş verən gözlənilməz yerli və regio¬nal münaqişlər nəticəsində yaranan qaçqınlar və məcburi miqrantlar or¬dusunun meydana gəlməsidir. Əgər biz son onilliyin siyasi xəritəsinə nəzər yetirsək görərik ki, yaranmış münaqişələr nəticəsində meydana gələn məcburi miqrantlar və qaçqınlar problemi həmsərhəd dövlətlər üçün nə dərəcədə təhlükəlidir .

Azərbaycan Respublikası miqrasiya sahəsində rəqəmsallaşmanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş və bu sahədə əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Xüsusilə son illərdə rəqəmsal texnologiyaların tətbiqi miqrasiya proseslərinin daha şəffaf, səmərəli və vətəndaşlara əlçatan formada təşkil olunmasına şərait yaratmışdır. Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunan elektron xidmətlər “Elektron hökumət” portal (www.e-gov.az) və Xidmətin rəsmi internet saytı (www.migration.gov.az) vasitəsilə həyata keçirilir.Əsas elektron xidmətlər aşağıdakılardır:

• Müvəqqəti yaşama icazəsi üçün müraciət;

• Daimi yaşama icazəsi üçün müraciət;

• İş icazəsi alma və ya uzatma;

• Elektron növbə sifarişi;

• Elektron arayış və sənəd yükləmə;

• Sorğu və şikayətlərin elektron qəbulu;

• Sənədin icra vəziyyətini izləmək.

Bu xidmətlər vətəndaşlara fiziki olaraq xidmət bölmələrinə getmədən bir çox rəsmi əməliyyatı onlayn şəkildə yerinə yetirmək imkanı verir.

Yaşamaq üçün icazələrin alınması və uzadılması - Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almaq məqsədilə elektron müraciət edə bilirlər. Bu proses sənədlərin onlayn təqdim edilməsini, rüsumların ödənilməsini və müraciətin statusunun izlənməsini əhatə edir.

İş icazələrinin verilməsi- Əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və onların işəgötürənləri DMX-nin elektron platforması üzərindən iş icazəsi üçün müraciət edə bilirlər. Bu xidmət işgüzar əlaqələrin asanlaşdırılmasına xidmət edir.

Vətəndaşlıq Məsələləri üzrə Müraciətlər - Azərbaycan vətəndaşlığının verilməsi, bərpası və ya xitamı ilə bağlı müraciətlər də elektron qaydada təqdim edilir.

Əcnəbilərin olduğu yeri üzrə qeydiyyatı - Qanunvericiliyə əsasən, ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə 15 gün müddətində qeydiyyata alınmalıdır. Bu proses tam elektron formada yerinə yetirilir və sahibkarlar, otellər və ya ev sahibləri bu məqsədlə portaldan istifadə edə bilirlər.

Giriş və Çıxış Məhdudiyyətlərinin Yoxlanılması - Əcnəbilər özlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən tətbiq edilən Azərbaycan Respublikasına giriş və çıxışlarına hər hansı hüquqi məhdudiyyətin olub-olmadığını elektron formada yoxlaya bilirlər. Bu xidmət sərhəd-keçid proseslərinin daha şəffaf həyata keçirilməsinə yardım edir.

Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə Dövlət Miqrasiya Xidməti ölkədə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunu, hərəkət trayektoriyasını və müraciətlərinin tarixçəsini mərkəzləşdirilmiş şəkildə idarə edir. VMMS, eyni zamanda digər dövlət orqanları ilə informasiya mübadiləsini dəstəkləyən inteqrasiya olunmuş sistemdir.

Dövlət Miqrasiya Xidməti həmçinin mobil tətbiq vasitəsilə müraciətlərin verilməsi, sənəd statusunun izlənməsi və bildirişlərin alınması imkanını təmin edib. Bununla yanaşı, Dövlət Miqrasiya Xidmətinin çağrı mərkəzi (qısa nömrə: 919) 24 saat ərzində fəaliyyət göstərir və elektron xidmətlər üzrə texniki dəstək göstərir.

Ümumiyyətlə isə qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, dövlətin və ölkənin milli təhlükəsizliyi və milli maraqlarını qorumaqla miqrasiya proseslərinin günün tələbləri səviyyəsində innovativ metodlarla tənzimlənməsi, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi və tətbiqinin təşkili, miqrasiya orqanlarına kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsi, əmək ehtiyatlarından düzgün və faydalı istifadə olunması, tənzimlənməyən miqrasiya proseslərinin qarşısının alınması və neqativ təsirinin aradan qaldırılması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vəzifələri müvəffəqiyyətlə yerinə yetirilməkdədir. Bu isə ölkədə uğurlu miqrasiya siyasətinin həyata keçirildiyini ortaya qoyur.

İstifadə edilmiş ədəbiyyatın siyahısı:

1. "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. - http://e-qanun.az/ framework/13373

2. "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu. - http://e-qanun.az/framework/5455

3. Azərbaycan Respublikasında miqrasiya prosesləri və proseslərə dövlət nəzarəti. // "Azərbaycan" qəzeti, 18.03.2014, № 57 (6623)

4. Əliyev A. Azərbaycan Respublikasının miqrasiya siyasəti milli təhlükəsizlik kontekstində // STRATEJİ TƏHLİL //. Bakı, 2016. № 1-2/ s. 15-16

5. İbrahimova G.İ., Yaqubova N. Mıqrasıya anlayışı, əsas növlərı və sosıal-sıyası təhlılı // Tarix və onun problemləri, № 3 2013. S.218-228

6. Quliyeva S.Z. Azərbaycanda miqrasiyanın səbəb və istiqamətləri. (XIX-XX əsrlər) // Bakı Universitetinin Xəbərləri. №2 Humanitar elmlər seriyası 2010. s.181-187

7. Nəsibov E.M.. Miqrasiyanın əsasları. Miqrasiologiya. Miqrasiya prosesləri. Dünya miqrasiya mərkəzləri. I Kitab. Bakı,2014. 240 s.

8. Taylan Akkayan, Göç ve Değişme, İstanbul: Edebiyat Fakültesi Basımevi, 1979, 311 s.

9. Бреева Е. Б. Основы демографии. Москва,2004. 352 с.

10. https://azertag.az/xeber/Dovlet_Miqrasiya_Xidmetinin_yaradilmasindan_12_il_otur-1260423

11. https://migration.gov.az/content/pdf/a959238a0eb184bcc3b26feb9c0cdec1.pd

Xülasə

Məqalədə Azərbaycan Respublikasında miqrasiya siyasətinin nailiyyətləri və inkişafı təhlil edilmişdir. İlk növbədə göstərilmişdir ki, miqrasiya iqtisadi, sosial, mədəni və siyasi mənalar kəsb edən geniş spektrli və konseptual məzmunu və əhəmiyyəti özündə əks etdirən çox şaxəli bir anlayışdır. Miqrasiya anlayışı həm onun tərkibindən, yəni miqrasiyanın özünü meydana gətirən komponentlərdən, həm də bölgüsündən, yəni miqrasiyanın tiplərindən: növləri və formalarından ibarətdir.

Azərbaycan dövlətinin həyataq keçirdiyi miqrasiya siyasətinin prioritet istiqamətlərindən bəhs edərkən bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi qeyd edilmişdir.

Miqrasiya proseslərinin tənzimlənməsi, qabaqcıl dünya ölkələrinin miqrasiya təcrübəsinin Azərbaycanda tətbiq olunması və miqrasiyanın Azərbaycanda milli təhlükəsizliyin strateji hədəflərindən biri kimi aktu¬allaşmasında Prezident İlham Əliyevin rolu tədqiq edilmişdir.

Sonda belə qənaətə gəlinmişdir ki, Azərbaycanda miqrasiya sahəsində vahid dövlət siyasəti formalaşdırılmış və bu siyasət çərçivəsində qrşıda duran vəzifələr müvəffəqiyyətlə yerinə yetirilməkdədir. Bu isə ölkədə uğurlu miqrasiya siyasətinin həyata keçirildiyini deməyə əsas verir.

Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən rəqəmsallaşma və elektron xidmətlər ölkənin idarəetmə sistemində əhəmiyyətli islahatların tərkib hissəsidir. Bu yanaşma xidmət keyfiyyətini artırmaqla yanaşı, həm də beynəlxalq standartlara uyğun, şəffaf və sürətli idarəetmə modeli yaratmağa imkan verir. Bu təcrübə, digər sahələr üçün də rəqəmsal transformasiyanın uğurlu nümunəsi hesab oluna bilər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların yenidən hazırlanması” fakültəsinin magistrantı 

Tural Sabiq oğlu İmanbəyli 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: