Ceyhun Bayramov: Azərbaycan və İraq arasında əlaqələrin genişləndirilməsi vacibdir

A- A A+

Azərbaycan İraqdan olan tələbələrə, eləcə də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) digər üzv ölkələrinin nümayəndələrinə təqaüdlər və qrantlar təqdim edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 7-də Bağdadda iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, ölkələr bir çox sahələrdə əlaqələri genişləndirməyi hədəfləyir və istiqamətlərdən biri də təhsildir.

Onun sözlərinə görə, ölkələr bir çox sahədə əlaqələrin genişləndirilməsinə yönəliblər, bu istiqamətlərdən biri də təhsildir: "Bundan əlavə, bu gün müzakirələr zamanı biz vətəndaşlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğuladıq".

C.Bayramov, tələbə mübadiləsi proqramlarının və təhsil missiyalarının ikitərəfli əlaqələrin dərinləşdirilməsində mühüm rol oynadığını bildirib.

O, həmçinin iki ölkə arasında qarşılıqlı səfərlərin və ticarətin təşviq edilməsi ilə bağlı təşəbbüsləri vurğulayıb.

C.Bayramov danışıqlarda humanitar məsələlərin, Suriya və Qəzza zolağındakı vəziyyətin də müzakirə olunduğunu təsdiqləyib: "Biz Qəzzadakı vəziyyətin həllinin tapılmasının zəruriliyi ilə razılaşdıq".

XİN başçısı, Azərbaycanın regional münaqişələrin diplomatik yolla həllinə dəstəyini təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: