Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Vuçiçin təyyarəsi Rusiyanın hava məkanının bağlanması səbəbindən Moskvaya uça bilməyib.
Hazırda təyyarə Rusiyaya uçuşun davam etdirilməsi üçün icazə gözləyir.
Daha əvvəl AZAL-ın Bakıdan Moskvaya uçan təyyarələrinin hava məkanının bağlı olması səbəbindən gecikdiyi barədə məlumat verilmişdi.
Xatırladaq ki, Vuçiç Moskvada 9 may Qələbə Günü ilə əlaqədar tədbirlərdə iştirak etməyi planlaşdırır. Onun həmçinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılıb.