Qazaxıstan saytında Xocalı soyqırımı ilə bağlı məqalə yayılıb

A- A A+

Qazaxıstanın “Kazakistan.kz” saytında “Xocalı qətliamının 27-ci ildönümü: Nələr baş verdi, qətliam, yoxsa soyqırımı? Kim necə qəbul edir?” adlı məqalə yayılıb.

NUHÇIXAN xəbər verir ki, məqalədə Xocalıda baş verənlərə rəsmi qurumların necə ad verdikləri müqayisə olunub. Müəllif Türkiyənin Xocalıda baş verənləri rəsmi olaraq qətliam adlandırdığını yazır. Qeyd edir ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələr qəbul edilib və bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı faktı təsbit olunub. Azərbaycan ərazilərinin 20 faizi hələ də erməni işğalındadır. Avropa Şurası Parlament Assambleyasının üzvləri “ermənilər bütün Xocalı sakinlərini qətlə yetirdilər” ifadəsinin yer aldığı bir bəyanata imza atıblar. ATƏT-in Minsk Qrupu 1996-cı ildə Ermənistanın hərəkətini pisləyərək Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməsini tələb edib. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda baş verənlər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə bərabər hərəkətlər olaraq görülüb.

Məqalədə Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentlərinin Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanıdığı diqqətə çatdırılır. Habelə ABŞ-ın 22 ştatının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələrin qəbul olunduğu qeyd edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: