Bu gün Bakıda Türkiyə və İsrail nümayəndələri arasında birbaşa danışıqlar keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsrailin 11-ci kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu danışıqlar xüsusilə hər iki ölkənin maraqlarının kəsişdiyi Suriyadakı vəziyyət kontekstində regional təhlükəsizlik məsələlərini müzakirə etmək məqsədi daşıyır.
Qeyd olunur ki, danışıqlar çərçivəsində İsrail Suriya ilə sərhədə yaxın ərazilərin demilitarizasiyasını və onun təhlükəsizliyini təhdid edən strateji silahların yerləşdirilməsini istisna etməyi tələb edəcək.