Səməd Seyidov: Azərbaycan Pakistan-Hindistan məsələsində daima haqqın və ədalətin yanında olacaq - YENİLƏNİB - VİDEO
Azərbaycan Pakistan-Hindistan məsələsində daima haqqın və ədalətin yanında olacaq.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, rəsmi Bakı Pakistan və Hindistanda baş verənlərlə bağlı mövqeyini dəfələrlə bəyan edib:
"Həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də deputatlar mövqelərini dəfələrlə bildiriblər. Biz hesab edirik ki, Pakistan bizim yaxın dostumuzdur, hər zaman yanımızda olub. İnanıram ki, bu münasibətlər daha da möhkəmlənəcək və davam etdiriləcək. Azərbaycan hər zaman, ənənəvi olaraq, haqqın və ədalətin yanında olacaq".