İnsan alverinə qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planının hazırlanması yekunlaşdırılacaq

A- A A+

Bu il “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün yeni Milli Fəaliyyət Planı” aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla yekunlaşdırılıb, təqdim ediləcək.

NUHÇIXAN xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda qeyd edilib ki, müvafiq sahədə davamlı hüquqi islahatların həyata keçirilməsi, mövcud resursların səmərəli istifadəsi, insan alveri cinayətlərinin iştirakçılarının təqibi, qurbanların aşkarlanması üçün süni intellekt, rəqəmsal alətlərdən istifadə edilməsi, müasir texnologiyaların tətbiqi ilə profilaktika işinin genişləndirilməsi və səmərəsinin artırılması qarşıda duran əsas vəzifələrdir.

Hazırda bu istiqamətlərdə fəaliyyət sistemli şəkildə davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: