Özbəkistanın tnews.uz portalında rus dilində “Ermənilər Qafqaza necə gəlib? Sensasiyalı faktlar” sərlövhəli məqalə yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycan alimi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın bu məsələ ilə bağlı məruzəsindən istifadə edilib. Materialda alimə istinadla bildirilir ki, bir çox erməni alimləri və Avropa tədqiqatçıları bu haqda araşdırmalar aparıblar. Erməni dilçi alimi Manuk Abeqyan yazır ki, erməni dili erməni tayfası kimi hibriddir. Hazırda istifadə edilən erməni əlifbası Ön Asiyada yaşayan xalqların əlifbası olub. Erməni əlifbasını yaradan Mesrop Maştos isə tanınmış tarixçilər tərəfindən ciddi qəbul edilmir.
Beşinci əsrdə yaşayan erməni tarixinin “atası” Movses Xorenasinin “Hayların tarixi” əsəri sonralar “Ermənilərin tarixi” adı ilə çap edib. Bu kitabın adı rus dilinə “Ermənistanın tarixi” kimi tərcümə edilib.
Yazıda bildirilir ki, erməni tarixçisi Leo (Arakel Babaxanyan) isə belə hesab edir: Movses Xorenasinin yazdığı tarix uydurulmuş tarixdir.
Digər erməni tarixçisi Baxşi İşxanyan isə yazır ki, “böyük Ermənistan”ın ərazisi Rusiyanın və Kiçik Asiyanın sərhədlərindən kənarda olub.
Rus qafqazşünası İvan Şopen isə belə hesab edir ki, haylar və ermənilər ayrı-ayrı məfhumlardır.