Şandor Lejak: Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir

A- A A+

Orta məktəb illərində Armin Vamberinin kitablarını oxumuşam. Sehrli, nağıllarla dolu Şərqdə yaşamışam. İndi bu möhtəşəm Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir. Mən burada xalqı, Vətəni Azərbaycan üçün çalışan gözəl insanların arasındayam.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində qonaq olan Macarıstan Milli Assambleyasının sədr müavini, dünyaşöhrətli siyasətçi Şandor Lejak jurnalistlərə müsahibəsində söyləyib.

O qeyd edib ki, Azərbaycanın daha da inkişafı üçün iki əsas məqam var. Birincisi, birgə uğur hissinə sahib olmaq vacibdir. Uğur qazanmaq üçün çox zəhmət çəkmək lazımdır. İkincisi isə, yüksək təhsil, tədris şəraiti olmalıdır. Təcrübə mübadiləsi də vacibdir. Bu məqsədlə macarıstanlı tələbələr Naxçıvana gəldilər, naxçıvanlı tələbələr isə Macarıstana getdilər.

“Bir faktı qeyd etmək istəyirəm. Budapeştdən 120 kilometr aralıda, Lakitelektə Nizami Gəncəvinin büstü var. Mən bir gün həmin yolun kənarı ilə gedərkən büstün yanında insanların təbii güllər qoyduğunu gördüm. Öz-özümə düşündüm ki, görəsən, bu gülləri kim gətirib? Sonradan məlum oldu ki, orada çalışanlar azərbaycanlı gətirib. Bu, sizin öz şəxsiyyətlərinizə, mədəniyyətinizə, ədəbiyyatınıza, tarixinizə olan sevginizi göstərir”, - deyə Şandor Lejak əlavə edib.

Qeyd edək ki,  bu gün NDU-da Macarıstanın dünya şöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejakın kitablarının təqdimatı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: