Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır.
NUHÇIXAN xəbər verir ki, bunu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart” nəşrinə müsahibəsində bildirib.
Onun fikrincə, növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya, Livan qoşula bilər.
"Mənim proqnozum odur ki, tezliklə Livanda və hətta Suriyada normallaşma potensialını görəcəyik. Bu Liviya ilə də baş verə bilər. Mən ölkələrin “İbrahim Sazişləri”nə qoşulmasından danışıram, bu Azərbaycan və Ermənistanla da baş verə bilər", - o qeyd edib.
S.Uitkoff vurğulayıb ki, Azərbaycan və Ermənistan münaqişənin nizamlanmasına yaxındırlar.