Səlahiyyətli nümayəndə Macarıstan nümayəndə heyətini qəbul edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 14-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Macarıstan Milli Assambleyasının sədr müavini, Con fon Neyman Universitetinin himayəçilər şurasının sədri, dünya şöhrətli yazıçı Şandor Lejak ilə görüşüb.

Səlahiyyətli nümayəndə qonaqları Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edib, Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyib. Fuad Nəcəfli ölkəmizin iqtisadi və mədəni əlaqələrinin inkişafında Naxçıvanın özünəməxsus roluna diqqət çəkib. Macarıstanla elm və təhsil sahəsində yaxşı əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdıran səlahiyyətli nümayəndə Naxçıvan Dövlət Universitetinin bu əlaqələrin inkişafında mühüm pay sahibi olduğunu bildirib.

Qonaqları hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri ilə tanış edən Fuad Nəcəfli sözügedən proqramda Naxçıvan Dövlət Universiteti üçün yeni kampusun inşa olunmasının və ali təhsil müəssisəsi üçün daha geniş fəaliyyət imkanlarının yaradılmasının da nəzərdə tutulduğunu qeyd edib. Vurğulayıb ki, bütün bunlar universitetin beynəlxalq əlqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq.

Səmimi qarşılanmaya görə təşəkkür edən Macarıstan Milli Assambleyasının sədr müavini, Con fon Neyman Universitetinin himayəçilər şurasının sədri, dünya şöhrətli yazıçı Şandor Lejak səfərin əlaqələrin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Macarıstanlı qonaq Con fon Neyman Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulmasının, xüsusilə ikili diplom müqavilələrinin imzalanmasının hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Görüşdə əlaqələrin daha da inkişaf etdirilməsı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TÜRKSOY-un Baş katibi Sultan Raev, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Con fon Neyman Universitetinin və Naxçıvan Dövlət Universitetinin rəhbər heyətləri görüşdə iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: