Macarıstan səfiri: Naxçıvan bərpa olunan enerji layihələri üçün böyük potensiala malikdir

A- A A+

Naxçıvan bölgəsi zəngin günəş, külək və hidroenerji resursları sayəsində bərpa olunan enerji layihələri üçün böyük potensiala malikdir.

Bunu NUHÇIXAN-a açıqlamasında Muxtar Respublikada səfərdə olan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

O qeyd edib ki, hazırda araşdırma mərhələsidir:

“Lakin niyyətimiz bu əməkdaşlığı daha da genişləndirmək və mövcud imkanlardan qarşılıqlı fayda üçün yararlanmaqdır. Bu proses aktiv şəkildə davam edir. Macarıstanlı mütəxəssislər bu təşəbbüslərə uyğun olaraq həyata keçirilə bilən layihələri müəyyənləşdirərək əməkdaşlığı gücləndirmək üzərində çalışırlar”.

Səfir qeyd edib ki, ümumiyyətlə Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstan üçün strateji əhəmiyyət daşıyır:

“Bu əməkdaşlıq yalnız ənənəvi deyil, həm də bərpa olunan enerji mənbələrini əhatə edir. Macarıstanın ən böyük şirkətləri, artıq Azərbaycanda fəaliyyət göstərirlər. Bu da iki ölkə arasında tərəfdaşlığa verilən əhəmiyyətin göstəricisidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: