Səfir: Macarıstan Qarabağın azad olunmuş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırdır

A- A A+

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləyib və Qarabağın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasında iştirak etməyə hazırdır.

Bunu NUHÇIXAN-a açıqlamasında Muxtar Respublikada səfərdə olan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

O qeyd edib ki, Macarıstanın KÉSZ Qrupu Cəbrayılın Soltanlı kəndini yenidən quracaq və bununla da təqribən 6 min nəfər üçün yaşayış təmin edəcək:

“Soltanlıdakı yeni məktəb Macarıstan hökumətinin ianəsi ilə tikiləcək. Macarıstan bir dövlət olaraq və ölkəmizin şirkətləri "Qarabağı Yenidən Qur" sərgilərində müntəzəm iştirak ediblər. Biz Macarıstan tikinti sektorunun innovativ həllərini Azərbaycana gətirməyə hazırıq. Qarabağın bərpasında ortaq səylərimiz və əməkdaşlığımız ölkələrimizin güclü və strateji əlaqələrini daha da möhkəmləndirir”.

Diplomat vurğulayıb ki, Macarıstan 2021-ci ildə Azərbaycana minalardan təmizləmə səyləri üçün maliyyə dəstəyi təklif edən ilk ölkə oldu.

“O vaxtdan bəri biz bu məsələyə aid bütün mühüm tədbirlərdə fəal iştirak etmişik və azad olunmuş ərazilərə əhalinin təhlükəsiz qayıdışını mümkün qədər tezləşdirmək üçün əlimizdən gələni əsirgəməmişik”, - səfir deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: