Milli Məclisin deputatı Rumıniyada prezident seçkilərini müşahidə edəcək

A- A A+

Milli Məclisin deputatı Azay Quliyev mayın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.

Bu barədə NUHÇIXAN-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, deputat ATƏT PA xətti ilə mayın 18-də Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək.

Deputat bir sıra seçki məntəqələrində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini müşahidə edəcək.

Səfər mayın 19-da başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: