Parisdə “FRA Nor-Seround” erməni gəncləri faşist təşkilatının fəalları Sen-Östaş kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbirinə mane olmağa cəhd göstəriblər.
Ermənilər iç üzlərinin açıldığını, beynəlxalq ictimaiyyətin onların iyrənc əməllərindən xəbər tutduğunu görərək daha da azğınlaşırlar. Ancaq onlar Xocalı qətilamının günahsız qurbanlarının xatirəsinin yad edilməsinə mane ola bilmədilər. Anım tədbiri planlaşdırıldığından da yüksək səviyyədə keçirilib.
Tədbirə dəvət olunan 300-dən çox fransız və müxtəlif xalqların nümayəndələri azərbaycanlıları tək qoymayıb, mərasimin sonunadək onlarla qalıblar. Onlar ermənilərdən kilsəni tərk etməyi tələb ediblər.
NUHÇIXAN xəbər verir ki, Fransadakı səfirliyimiz və UNESCO yanında daimi nümayəndəliyimizin birgə təşkil etdiyi tədbirin başlanmasından əvvəl erməni aktivistlər kilsəyə soxulub, qonaqlara qarşı fiziki təcavüz edərək, onları təhqir ediblər. Bununla da bir daha özlərinin faşist simalarını həm fransızlara, həm də Parisdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə göstəriblər.
Erməni aktivistləri özləri də bilmədən bir daha nümayiş etdirdilər ki, onların mübarizəsi ədalət və həqiqət üçün deyil, türklərə qarşı sonsuz nifrətə əsaslanır. Özlərini həmişə qurban kimi qələmə verən ermənilər artıq xəbis niyyətlərini gizlədə bilmirlər.
Erməni mənşəli faşistlər “mənfur türk”, “öz ölkənizə qayıdın” deyə irqçi məzmunda şüarlar səsləndiriblər. Xatırladaq ki, bir neçə gün öncə yəhudi filosof Alen Finkielkrota qarşı edilən antisemit təcavüzdə də eyni sözlər səsləndirilib. Bu, ölkədə nifrət və azğınlığın baş alıb getdiyini göstərir.