Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - FOTOLAR

A- A A+

Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

NUHÇIXAN xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Prezidenti Salome Zurabişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: