Davud Rüstəmov kibertəhdid mənzərəsinin dəyişməsinə dair əsas məqamlardan danışıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında çıxışında əhəmiyyət kəsb edən məlumatların sızmasına dair 2024-2025-ci illər üzrə qlobal statistikaları açıqlayıb.

Qeyd olunub ki, əvvəlki illə müqayisədə qlobal miqyasda 10% artımın qeydə alınması və hazıradək qeydə alınan ən yüksək göstərici olması xüsusi diqqət çəkir. 

Bütün məlumat sızmalarının 74 faizinin insan faktoru (səhvlər, sosial mühəndislik, daxili sui-istifadə) ilə bağlı olması bir daha keyfiyyətli kadr potensialına ehtiyacın aktuallığını göstərir.

Oğurlanmış istifadəçi məlumatları ilə edilən kiberhücumların sayı ötən ildə 71 faiz artıb deyən Davud Rüstəmov tövsiyə olunan müdafiə strategiyalarını diqqətə çatdırıb.

Kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsində Azərbaycanda formalaşan kibertəhlükəsizlik eko sistemindən danışarkən normativ hüququ bazanın əhəmiyyətinə xüsusi diqqət çəkmişdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: