Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək.
NUHÇIXAN-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edərkən deyib.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olunub.