BMTM və xarici tərəfdaşlar arasında məhsuldar görüşlər keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, İslamofobiya ilə mübarizəyə həsr olunmuş 3-cü beynəlxalq konfrans çərçivəsində məhsuldar görüşlər keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İordaniya Universitetinin nəzdindəki Strateji Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum birgə tədbirlərin təşkilini və tədqiqatların aparılmasını nəzərdə tutur.

Müzakirələr zamanı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Yaxın Şərqlə bağlı yanaşmaları barədə məlumat verib və beyin mərkəzləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin, əməkdaşlığın inkişafı üçün əməli addımların atılmasının zəruriliyini qeyd edib.

Strateji Araşdırmalar Mərkəzinin Baş direktoru Həsən Əl Momani öz növbəsində İordaniyanın Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, xüsusilə akademik və intellektual müstəvidə əlaqələrin intensivləşdirilməsi əməkdaşlığın inkişafına öz konstruktiv töhfəsini verəcək.

Bununla yanaşı, BMTM nümayəndə heyəti ilə Mərakeşin Amadeus İnstitutunun Kommunikasiyalar, Təhlillər və Tərəfdaşlıqlar üzrə Direktoru Amine El Kabbaj arasında görüş keçirilib. Hər iki tərəf ötən il imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayaraq birgə təşəbbüslər və digər akademik fəaliyyətlər daxil olmaqla, praktiki əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunları Məktəbinin dekanı  İbrahim Ethem  Atnur ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif aspektləri və elmi institutlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: