Ukraynanın XİN başçısı: Ölkəmiz Azərbaycanın Avropada əsas enerji qovşağı olmağa hazırdır

A- A A+

Ukrayna Avropada Azərbaycan üçün əsas enerji qovşağına çevrilməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa Bakıya səfərinin yekunlarına dair sosial şəbəkədəki hesabında yazıb.

"Avropa İttifaqı kimi, biz də Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə əsas kontribiutor kimi görürük, tranzitdəki ekspertizamız və Avropanın ən böyük qaz anbarlarımız sayəsində buna töhfəmizi verməyə hazırıq", - o qeyd edib.

Sibiqa vurğulayıb ki, Azərbaycan Ukraynanın davamlı inkişafının gücləndirilməsi, ilk növbədə enerji sektorunda, eləcə də ədalətli və davamlı sülhə nail olmaq üçün son dərəcə mühüm tərəfdaşdır.

"Bütün bunlar barədə hər görüşdə ətraflı danışdım. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti və Ukraynanın dostu İlham Əliyevlə. Mən ona Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı prinsipial mövqeyinə görə şəxsi minnətdarlığımı bildirdim. Ayrıca genişmiqyaslı işğalın ilk günlərində və ən ağır qış mövsümlərində Azərbaycanın humanitar və enerji dəstəyinə, ukraynalılar üçün sığınacağa, uşaqlarımızın sağalmasına və İrpenin bərpasına görə”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan strateji tərəfdaşdır və indi bu tərəfdaşlığa, xüsusən ən yüksək siyasi səviyyədə yeni təkan vermək vaxtıdır. Sibiqa xatırladıb ki, Ukrayna lideri Volodimir Zelenski və Azərbaycan Prezidenti İlham Əliyev də Davosda bu barədə razılığa gəliblər.

Nazirin sözlərinə görə, azərbaycanlı həmkarı, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlərdə ticarət, investisiya və enerjiyə xüsusi diqqət yetirilməklə, ikitərəfli münasibətlərin bütün gündəliyini müzakirə ediblər.

"Biz yaxın vaxtlarda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın keçirilməsi üzərində işləmək barədə razılığa gəldik", - Ukrayna XİN rəhbəri bildirib.

Bundan əlavə, tərəflər Azərbaycan biznesinin Ukraynadakı fəaliyyətini və investisiyaların artırılmasını ətraflı müzakirə ediblər. Sibiqanın sözlərinə görə, Rusiyanın işğalına baxmayaraq, Ukrayna cəlbedici bazar və etibarlı tərəfdaşdır: “Biz Ukrayna iqtisadiyyatına Azərbaycan investisiyalarını dəstəkləyəcək və qoruyacağıq”.

Nazir azərbaycanlı nazirləri ayrıca ölkəmizin sərmayələri və biznesləri üçün Aİ ilə danışıqlar prosesi və Ukraynanın Avropa İttifaqına üzvlüyünün perspektivləri barədə məlumatlandırıb.

Tərəflər həmçinin iyulun 10-11-də Romada Ukraynanın bərpası üzrə keçiriləcək konfransda Azərbaycan nümayəndə heyətinin iştirakını müzakirə ediblər.

"Bu kontekstdə biz minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə etdik, çünki Azərbaycanın yüksək təcrübəsi və Ukraynanın həqiqətən ehtiyacı olan texnologiyaları var", - o fikirlərini yekunlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: