Prezident Petro Poroşenko Ukraynanın Azərbaycan Respublikasında yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə fərman Ukrayna Prezidentinin saytında yerləşdirilib. Fərmana əsasən, Ukraynanın Azərbaycandakı yeni səfiri Vladislav Kanevski təyin olunub.
Vladislav Kanevski bundan əvvəl Ukrayna XİN-in Katibliyi Departamentinin təhlil və planlaşdırma şöbəsinin müdiri - Departament direktorunun müavini vəzifəsində çalışıb.