Belarus Milli Kitabxanası Müstəqillik Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanıb
Minskdə Belarus Milli Kitabxanası mayın 27-dən 28-nə keçən gecə Azərbaycan bayrağının rənglərinə boyanıb.
Bu barədə NUHÇIXAN-a Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bu aksiya Azərbaycanın Müstəqillik Gününə həsr olunub.