Türk fermer tarlaya “İrəvan Azərbaycandır” yazdı - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türkiyənin Kırklareli vilayətinin Lüleburqaz rayonunda yaşayan fotoqraf və fermer Burak Tunçkol, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə tarlasına traktor və kotanla “İrəvan Azərbaycandır. Respublika Bayramın mübarək, Azərbaycan” sözlərini yazıb.

Tunçkol bildirib ki, bu yazını həm öz hisslərini, həm də 82 milyonluq Türkiyə xalqının qardaş Azərbaycana sevgisini ifadə etmək üçün yazıb:

"Azərbaycan bizim üçün tək millət, iki dövlətdir. Bizim tək qardaş ölkəmizdir".

O həmçinin qeyd edib ki, Azərbaycan Türkiyəyə Qurtuluş Savaşında, meşə yanğınlarında və 6 fevral zəlzələsində ilk yardım edən ölkə olub. Tunçkol İrəvanın tarixən Azərbaycan torpağı olduğunu xatırladaraq, bir gün Azərbaycanın yenidən bu torpaqlara sahib olacağına inandığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: