Azərbaycan Ordusunun "Smerç” YARS bölməsi atışlar icra edib - VİDEO

A- A A+

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli (YARS) bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib.

Bu barədəNUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Həyəcan” siqnalı ilə qaldırılan reaktiv artilleriya bölməsi daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonunda yerləşib, döyüş texnikaları döyüş tətbiqinə hazırlanıb. “Smerç” YARS bölməsi start mövqeyinə çıxarılaraq atış tapşırıqlarını uğurla icra edib.

Keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi bölmələrin şəxsi heyətinin döyüş qabiliyyətini artırmaq və hərbi qulluqçuların bilik və bacarıqlarını müasir döyüşün tələblərinə uyğun təkmilləşdirməkdən ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: