MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

A- A A+

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin iddiaları ilə bağlı məlumat yayıb. 

Bu barədə NUHÇIXAN-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır:

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: